09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avtoxuliqan həbs edildi - Zaqatalada

23.06.2018

Zaqatala rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun mərkəzi küçələrində avtoxuliqanlıq edən VAZ-21011 markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla” əmri verilib.
Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib və avtomobil saxlanılıb. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyənləşib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib.
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə E.İbrahimov inzibati qaydada 40 sutkalıq azadlıqdan məhrum edilib.
Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.