04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nursultan Nazarbayevdən təklif var

27.08.2020


Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev Nüvə silahlarının azaldılması Sammitinin Qazaxıstanda keçirilməsini təklif edib.

Nursultan Nazarbayev ABŞ, Rusiya, Çin və Avropa İttifaqı arasında nüvə silahlarının mərhələli olaraq ixtisarına dair razılaşmanın hazırlanması üzrə danışıqların aparılması təşəbbüsünü irəli sürüb.

Nazarbayev bildirib ki, dünyanın nəhəng dövlətlərinin liderləri planetin gələcəyi üçün xüsusi məsuliyyət daşıyırlar.

Xatırladaq ki, N. Nazarbayev BMT-də "Nüvə sınaqlarından azad dünya uğrunda çempion” statusuna layiq görülüb.

Məlumat üçün bildirək ki, Nursultan Nazarbayevin təşəbbüsü ilə 1991-ci ildə avqustun 29-da Qazaxıstanda yerləşən Semipalatinsk nüvə sınaq poliqonunu bağlanıb.