04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da yoluxma sayı 6 milyonu keçdi

27.08.2020


ABŞ-da COVID-19 infeksiyasına yoluxan insanların sayı 6 milyon 1 min 103 nəfərə, koronavirus səbəbindən ölənlərin sayı isə 183 min 677 nəfərə çatıb.

Pandemiyanın statistikasını aparan Worldometer saytı xəbər verir ki, ölkədə 3 milyon 314 min 664 nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 2 milyon 502 min 762 xəstədən 16 min 378 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ötən sutka ərzində ölkədə 44 min 637 nəfər koronavirusa yoluxub, 1289 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.