Hulusi Akar: Ermənistan öz boyundan böyük işlərə girişir 
    
                          
     
                         27.08.2020
 
    
                        
Azərbaycan türkü bizim doğma qardaşımızdır. Biz bir millət, iki dövlətik. Ermənistanın Tovuz rayonu istiqamətindən Azərbaycana hücumları şiddətlə qınayırıq.
Bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Anadolu agentliyinin təşkil etdiyi canlı yayımda sualları cavablandırarkən deyib.
Nazir bildirib ki, Ermənistan öz boyundan böyük işlərə girişir.