05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mixail Qusman Mehriban Əliyevaya məktub göndərib

26.08.2020

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Çox hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə Rusiyanın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizin səmərəli fəaliyyətiniz, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər həyat sahələrinin inkişafına qiymətli töhfəniz Azərbaycan Respublikasının firavanlığını ilbəil artırır. Sizin enerjiniz və məqsədyönlülüyünüz sayəsində Azərbaycan xalqının mədəni irsi bütün dünyaya məlumdur, Azərbaycan ilə Rusiya arasında dostluq və qarşılıqlı anlaşma isə möhkəm və etibarlıdır.

Bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən tükənməz enerji, nikbinlik, uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm. Qoy, bütün arzularınız həyata keçsin, bütün təşəbbüsləriniz uğurlu olsun. Azərbaycan xalqına sülh və xoş günlər diləyirəm!

Hörmətlə,
Mixail Qusman
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini