05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Narkoman taksi sürücüsü həbs edildi

26.08.2020

Cəlilabadda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirlib.

Məlumata görə, Cəlilabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan "Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona "saxla” işarəsi verilib.

Bu zaman avtomobilin sürücüsü olan Cəlilabad şəhər sakini İ.Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib.

Müayinə zamanı sürücünün avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxsin bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu müəyyən edilib. İ.Yusifazadə barəsində toplanmış materiallar baxılması üçün

Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.