05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şirkət daha 2400 əməkdaşını ixtisar edəcək

25.08.2020


Avstraliyanın "Qantas Airways Ltd.” şirkəti koronovirus pandemiyasına görə daha 2400 əməkdaşını ixtisar edəcək.

Bu barədə şirkət rəhbərliyi avqustun 25-də bəyan edib. Avstraliyanın aparıcı aviaşirkətində planlaşdırılan ixtisarların təqribən 6000 nəfəri əhatə edəcəyi barədə hələ iyun ayında elan olunub. Bu isə ixtisarın şirkət əməkdaşlarının təqribən beşdə birini əhatə edəcəyi deməkdir.

Həmin işçilərin əsasən, aeroportlarda baqajın işlənməsi, Sidney aeroportu yaxınlıqdakı obyektlərdə müştəriləri və əməkdaşları daşıyan avtobus xidmətindən seçiləcəyi qeyd edilir.

"Qantas Airways Ltd.” şirkətinin daxili bazar üzrə bölməsinin rəhbəri Endrü Devid bildirib ki, pandemiya aviasiya sahəsinin nə vaxtsa qarşılaşdığı ən böyük problemə çevrilib. Hazırda daxili uçuşlar pandemiyaya qədər olan dövrdəkinin yalnız 20 faizini təşkil edir.

"Yerüstü əməliyyatlar üzrə işin digər mütəxəssislərə verilməsi il ərzində istismar xərclərini 100 milyon dollara qədər qənaət etməyə imkan yaradacaq”, - deyə bölmə rəhbəri bildirib.

Əlavə olaraq qeyd edək ki, şirkətdə ixtisarlar barədə elan aviadaşıyıcının 2,7 milyard Avstraliya dolları (1,9 milyard ABŞ dolları) məbləğində ziyana düşməsi barədə xəbərin yayılmasından bir həftə sonra edilib.