05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan: 133 yoluxma, 86 sağalma, 2 vəfat

25.08.2020


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 133 yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 35 min 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib. Aktiv xəstə sayı 1848 nəfərdir.

Ötən müddət ərzində 885 min 279 test aparılıb. Bugünkü test sayı isə 6612-dir.