04 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Ermənistana yenə silah göndərdi -MƏXFİ

24.08.2020

Rusiya Ermənistana məxfi silah tədarükünü davam etdirir.

Bu barədə məlumatı "Day.az” yayıb. Məlumata görə, bu gecə Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus İl-76 TD yük təyyarəsi Ermənistana hərbi texnika daşıyıb.

Bundan öncə isə (22 və 23 avqustda) başqa bir hərbi-nəqliyyat təyyarəsi olan An-30 Mozdok aerodromundan havaya qalxaraq, İrəvanda eniş edib və daha sonra Suriyanın Latakiya şəhərinə yola düşüb.

An-30 İrəvana gəlmək üçün Qazaxıstan, Türkmənistan və İran hava məkanından istifadə edib. Məlumata görə, uçuş sərt məxfilik şəraitində keçib. İran və Qazaxıstan Rusiya təyyarəsinin uçuşuna izn verdiyi halda Türkmənistan Moskva üçün belə razılıq verməyib. Nəticədə Rusiya təyyarəsi heç bir əlaqə və koordinasiyaya girmədən məxfi uçuş həyata keçirmiş olub.

Rusiyanın İl-76 TD təyyarəsinin, həmçinin Tehran-İrəvan-Əl Küveyt-Tehran uçuşu həyata keçirdiyi də bəlli olub. Bu uçuş da həmçinin məxfi rejimdə gerçəkləşdirilib.

Ümumilikdə Rostov-Mineralnıye Vodı-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Meğri-İrəvan marşrutu üzrə 17 iyuldan 6 avqusta qədər 9 aviareys gerçəkləşdirilib. Bu dövr ərzində İrəvana ümumilikdə 510 ton hərbi yük daşınıb.