04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabahın hava proqnozu açıqlandı

23.08.2020

24 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 24 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 22-23 dərəcə isti təşkil edəcək.

24 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 11-15 dərəcə isti olacaq.