04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vitse-spiker: “Novruzovun məsələsinə İntizam Komissiyasında baxıla bilər”

22.08.2020

"Bildiyiniz kimi, koronavirus (COVİD- 19) pandemiyası başlayan dövrdən bütövlükdə Milli Məclis və deputatlar bu qlobal pandemiyaya qarşı mübarizədə öndə olublar. Milli Məclisdə qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi fiziki, vəzifəli və hüquqi şəxslər üçün sanksiyalar müəyyənləşdirib. Bir qədər sonra isə məhz parlamentin təşəbbüsü ilə bu cərimə cəzaları daha da sərtləşdirilib. Ölkə qanunları qarşısında hamı bərabərdir. Bununla yanaşı, bütün vəzifəli şəxslər, o cümlədən, deputatlar qanunlara riayət olunmasında nümunə olmalıdır. Həmçinin, deputatlar təkcə parlamentdaxili fəaliyyətə görə yox, həm də parlamentdən kənar davranışlarına görə də məsuliyyət daşıyırlar".

Bu fikirləri açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə elan olunmuş karantin vaxtı vəzifəli şəxslərin qaydaları pozmasından danışarkən deyib.

Komitə sədri bildirib ki, AMEA-nın prezidentinin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toy mərasimi cəmiyyətimizdə haqlı narazılıqla qarşılanıb:

"Çünki əvvəla bu tədbirin təşkilinin özü karantin qaydalarının kobud şəkildə pozulması deməkdir. Həmçinin tədbir zamanı da bəzi karantin qaydalarının pozulması ilə bağlı məlumatlar KİV-lərdə yer alıb. Bu isə hüquqi məsuliyyət yaradır. O ki qaldı, Milli Məclisin komitə sədri Siyavuş Novruzova, onun da hərəkəti vəzifəli şəxs kimi, inzibati məcəllənin təsiri altına düşür. Milli Məclisin növbəti sessiyasında bu məsələyə həmçinin İntizam komissiyası tərəfindən baxıla bilər".

Əli Hüseynli bir daha vurğulayıb ki, qanun həm fiziki şəxslər, həm də vəzifəli şəxslərə münasibətdə tətbiq olunmalı, o cümlədən, cəmiyyətdə narazılığa səbəb olmuş həmin tədbirdə iştirak edən digər vəzifəli şəxslərin əhatəsi də müəyyənləşdirilməli və onlarla bağlı da qanuni tədbirlər görülməlidir.