05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karantin yenidən sərtləşdirilə bilərmi? - RƏSMİ

21.08.2020

Bu gün karantin rejiminin sərtləşdirilməsi üçün ciddi dəyişiklik yoxdur.

Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Bu gün az da olsa azalmaya meyillilik görürük. Bununla bağlı müzakirələr aparılır, vəziyyət qiymətləndirilir. Hazırda hər hansı ciddi qərar qəbul olunmayıb. Vəziyyət nəzarət altındadır", - o bildirib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov əlavə edib ki, yumşalmalara gedərkən vətəndaşların üzərinə vacib öhdəlik düşür:

"Burada birlik nümayiş etdirsək, xəstəliyə qalib gəlmək olar. Əgər kimsə maska taxmırsa, onu başa salmaq, vəziyyəti izah edib, başqalarının həyatını təhlükəyə atdığını bildirmək lazımdır. Bütün öhdəlik dövlət strukturlarının üzərinə düşməməlidir. Bu gün karantinlə xəstə sayının azaldılması ideal üsul olmasa da, başqa yolu yoxdur. Biz də karantin rejiminin qaydalarına əməl etsək, virusun yayılmasını azalda bilərik".