06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə tarixinin böyük müjdəsi verildi - YENİ KƏŞF

21.08.2020

Türkiyə tarixinin ən böyük qaz kəşfini Qara dənizdə reallaşdırdı.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, "Fateh” tədqiqat gəmisi iyulun 20-də başladığı qazma işlərində 320 milyard kubmetrlik təbii qaz yatağı kəşf edib.

"Daha əvvəl Tuna-1 adlandırılan bu bölgəni "Sakarya” qaz yatağı kimi dəyişdirdik. Bu sahədə tələb olunan bütün sınaq, analiz və mühəndislik işləri tamamlandı. Tədqiqatlar nəticəsində quyuda əlavə qaz yataqlarının olduğunu müəyyənləşdirmişik. Bu qaz ehtiyatı daha böyük bir qaynağın bir hissəsidir. Dərhal aşkarlanan quyuları qazmağa başlayacağıq, sonra istehsal konsepsiyasını təyin edib, tikinti və inşaat işlərinə keçəcəyik.

Yeni hədəfimiz 2023-cü ildə Qara dəniz qazını millətimizə təqdim etməkdir. Sadəcə dənizlərdə deyil, quru ərazilərimizdə də tədqiqat işlərini aparırıq”.