09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kişi kimi dedim: Qanunsuz silahlarım var - Movsisyan

22.06.2018

Ermənistan parlamentinin keçmiş üzvü Arakel Movsisyan Milli Təhlükəsizlik Xidmətinin evində axtarış aparmasının səbəblərini açıqlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Movsisyan "Sputnik” agentliyinə danışıb.
"MTX əməkdaşları mənim evimə gəldilər, görünür silah axtarırdılar. Sahib olduğum bütün silahları onlara təhvil verdim. Onlar məndən birbaşa qanunsuz silah saxlayıb-saxlamadığımı soruşdular. Mən onlara kişi kimi cavab verdim ki, bəli, varımdır. Hələ Qarabağ müharibəsi zamanından qalma bir neçə hərbi qənimət olaraq saxladığım silahım olduğunu bildirdim. Bu silahları da təhvil verməyə hazır olduğumu söylədim.
Xatırladaq ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti ötən gün Movsisyanı saxlayıb. Evində də axtarış aparılan keçmiş deputat sonradan azad edilib.