27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Körpə koronavirusa yoluxmuş halda doğulub

19.08.2020


İsveçdə yeni doğulmuş körpənin koronavirusa yoluxması aşkar edilib.

İsveçdə çıxan "Dagens Medicin” tibb jurnalında dərc edilmiş materialda xəbər verilir ki, yeni doğulmuş körpənin COVID-19 virusuna ana bətnində yoluxması ehtimal edilir. İsveçdə ilk dəfədir ki, doğuşdan dərhal sonra körpənin yeni koronavirusa yoluxması aşkar edilib.

Hazırda həmin körpə İsveçin cənubundakı Malmö şəhərinin universitet xəstəxanasında müalicə olunur. Xəstəxananın uşaq cərrahiyyəsi və neonatal yardım şöbəsinin rəhbəri Elizavbet Olxater "Dagens Medicin” tibb jurnalına müsahibəsində bildirib ki, uşağın ana bətnində yoluxması ehtimal edilir. Bu körpənin anası hələ doğuşdan əvvəl koronavirusa yoluxmuşdu, lakin körpədə COVID-19-a yoluxmuş balaca uşaqlar üçün səciyyəvi olan öskürək və qızdırma kimi əlamətlərin heç biri yox idi.

Bu, beynəlxalq praktikada da nadir hadisədir. Hamiləlik dövründə körpələri COVID-19-a yoluxması ilə bağlı cəmi bir neçə hadisə qeydə alınıb. Britaniyalı müəlliflərin apardığı araşdırmanın nəticələri iyul ayında "Lancet Child & Adolescent Health” jurnalında dərc edilib. Bu araşdırmanın gedişində COVID-19-a yoluxması təsdiqlənmiş 116 hamilə qadın üzərində müşahidə aparılıb və hamiləlik dövründə onların heç birinin xəstəliyi uşağa keçməyib.