Rusiyanın generalı öldürüldü - FOTO  
    
                          
     
                         19.08.2020
 
    
                        					Rusiya Silahlı Qüvvələrinin general-mayoru Vyaçeslav Qladkix Suriyada həlak olub.
Rusiyalı general partlayıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib.
Suriyanın Deyr əz-Zor şəhərindən 15 km məsafədə humanitar aksiyadan sonra Rusiya karvanının geri qaytarılması zamanı avtomobil yolunda partlayış baş verib.
Üç Rusiya hərbçisi yaralanıb, onlardan biri, general-mayor Vyaçeslav Qladkix həyatını itirib.
Ölən general 36-cı ordu korpusunun komandir müavini vəzifəsini icra edirdi.