08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kombayn çatışmazlığının səbəbi AÇIQLANDI

22.06.2018

Kənd təsərrüfatı naziri İnam Kərimov taxıl biçini zamanı kombayn çatışmazlığına münasibət bildirib.

"Dövran Media" xəbər verir ki, nazir deyib ki, hazırda ölkədə taxıl biçinində 2200-ə yaxın kombayndan istifadə olunur: "Bunlardan 632 texnika   "Aqrolizinq" ASC tərəfindən servis kimi fəaliyyət göstərir. 750 kombayn lizinqə verilib, digər 740-ı isə özəl şəxslər tərəfindən istifadə olunur. Hesab edirik ki, kombaynların  sayının artırılmasına ehtiyac var"
Onun sözlərinə görə, artıq "Aqrolizinq" ASC tərəfindən kombaynların alınması ilə bağlı sifarişlər verilib.
"Bilirsiniz ki, bu proses uzun çəkir. Bu il məhsuldarlıq bol olduğu üçün texnika qıtlığı müşahidə edirik. Hesab edirəm ki, gələn il yeni texnikalar gəldikdən sonra biz bu problemlə üzləşməyəcəyik. Eyni zamanda, gələn mövsümə kimi texnikaların idarə edilməsində yeni kommunikasiya texnologiyalarından istifadə etməyə çalışacağıq. Çalışacağıq ki, tezliklə fermerlər onlayn qaydada mövcud texnikaları sifariş verə bilsinlər".