28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Açıq hava iaşə müəssisələrində saat 09-dan 22-dək otura bilərsiniz

18.08.2020


Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 2020-ci il avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının və ya infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisələrdə bir sıra zəruri qaydalara əməl edilməlidir. Müvafiq qanunvericiliyə əsasən açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

Açıq havada fəaliyyətə başlayan ictimai iaşə müəssisələrində hər iş gününün sonunda profilaktik dezinfeksiya, ayda 1 dəfə isə deratizasiya işləri aparılmalı, lisenziyalaşdırılmış və bu sahədə ixtisaslaşmış müəssisələlərin xidmətindən istifadə edilməlidir. Həmçinin təlimatlarda qeyd edilmiş tövsiyələrə riayət olunmalıdır. Hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır.

Bundan başqa, ictimai iaşə müəssisəsinin işçi heyəti şəxsi gigiyena qaydalarına əməl etməklə yanaşı, xüsusi iş geyimində olmalıdır. Gündəlik ev geyiminin iş prosesində istifadəsi yolverilməzdir. Eyni zamanda, qida məhsulları ilə təmasda olarkən əlcək, tibbi maska və bone (baş örtüyü) kimi gigiyenik vasitələrdən mütləq istifadə olunmalıdır.