28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə bu ölkədə hərbi dəniz bazası yaradacaq

18.08.2020

Türkiyə Liviyanın Misrata şəhərində hərbi dəniz bazası yaradacaq.

Ötən gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər Liviya səfəri çərçivəsində Qətərin Müdafiə naziri Xalid bin Məhəmməd əl-Ətiyyə ilə, Liviya Müdafiə nazirinin müavini Səlahəddin Nəmruşla görüşüb.

Görüş çərçivəsində Türkiyə, Qətər və Liviya bir neçə hərbi müqavilələr imzalayıb.

Razılaşmaya əsasən Qətər qurulacaq hərbi təlim mərkəzlərini maliyyələşdirəcək. Bundan başqa, Misratada üçtərəfli koordinasiya mərkəzi qurulacaq və Türkiyə bölgədə hərbi dəniz bazası yaradacaq.