09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elçibəyin 80 illik yubileyinə həsr edilmiş - FOTOLAR

22.06.2018

Beynəlxalq Mətbuat Mərkəzində "Əbülfəz Elçibəy 80" İctimai Təşkilat Komitəsi tərəfindən Elçibəyin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilir. 
"Dövran Media" xəbər verir ki, tədbirdə müxalifət nümayəndələri, Elçibəyin yaxın silahdaşları, deputatlar, türkçülər və digər ictimai şəxslər iştirak edirlər.
Tədbirdə Elçibəyin əsərlərindən ibarət yeni çap olunmuş 1000 səhifəlik kitabın da təqdimatı olacaq. Eyni zamanda "Elçibəy-80" yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar. Bildirilib ki, müsabiqəyə 44 yazı təqdim olunub. Yazılar münsiflər heyəti tərəfindən yoxlanılıb. Əsas müəlliflər Azərbaycandandır, amma Türkiyədən də yazanlar var.
Tədbir davam edir.
Qeyd edək ki, tədbirlə bağlı geniş reportajı gün ərzində təqdim edəcəyik. /musavat.com/