Onun ölkədən çıxışına “stop” qoyulub - İSTİNTAQ BAŞLAYIR 
    
                          
     
                         18.08.2020
 
    
                        					Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Yayılan məlumata görə sabiq nazirin ölkədən çıxışına məhdudiyyət qoyulması  Xarici İşlər Nazirliyindəki anti-korruspiya əməliyyatı ilə bağlı açılmış cinayət işinə görədir.
"Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarını cavablandırmalıdır” deyə mənbəmiz bildirib.
Qeyd edək ki, Elmar Məmmədyarov  Ermənstanin Tovuz təxribatı  zamanı ölkə başçısının sərt tənqidlərinə məruz qaldıqdan sonra vəzifəsindən azad edilib.