07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pozuntularla üzləşirsən? ZƏNG ET!

17.08.2020

Baş Prokurorluq əhaliyə müraciət ünvanlayıb

Dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyənləşdirən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun 961 nömrəli Çağrı Mərkəzi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı – "Qaynar xətt” əlaqə mərkəzi istirahət və bayram günləri də daxil olmaqla günün 24 saatı ərzində fəaliyyət göstərir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, daxil olan məlumat və müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə dərhal Baş Prokurorluğun əlaqədar idarə və şöbələrinə çatdırılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntularla üzləşən vətəndaşlara 961 nömrəli Çağrı Mərkəzinə, korrupsiya hüquqpozmaları ilə üzləşən vətəndaşlara isə 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.