Gürcüstana yeni səfir təyin edilib 
    
                          
     
                         17.08.2020
 
    
                        
Azərbaycan Respublikasının Gürcüstanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
DM xəbər verir ki, Prezident İlham Əliyev Faiq Maqbet oğlu Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.