07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda saxta profil satanlar peyda olub

17.08.2020

Sosial şəbəkə istifadəçiləri diqqətli olsun.

Şəbəkələrdə saxta profil satışı ilə məşğul olan şəxslərlə bağlı "Report"a məlumat daxil olub.
Araşdırmalar zamanı məlum olub ki, bu kimi saxtakarlar müxtəlif yollarla əldə etdikləri şəxslərin fərdi məlumatları əsasında saxta profillər yaradaraq onların satışı ilə bağlı müxtəlif sosial şəbəkələrdə elanlar yerləşdirirlər.

Yerləşdirdikləri elanları istifadəçilərə daha da inandırıcı göstərsinlər deyə həmin şəxslərə aid fotolar profillərə qoyulur.
Buna görə isə, müxtəlif məslək sahiblərindən istifadə edilir. Çox vaxt hədəf hərbçilər olur.

Hərbi qulluqçu Elnur adlı şəxs "İnstagram"da satışda olan Ramin_Günay səhifəsini satın almaq üçün səhifənin sahibi İsmayılov Ramin Musa oğlu ilə 90 AZN qarşılığında razılığa gəlib. Ramin səhifəni rəsmiləşdirmək üçün Elnurdan fərdi məlumatlarını istəyib və əldə edib.

Daha sonra səhifəni Elnura verməli olduğu halda, o, bundan imtina edib. Bir müddət sonra hərbçinin fotosu ilə saxta profillər düzəldilərək ayrı-ayrı şəxslərə təklif olunub. Yaranmış bu insidentlə bağlı hərbçi 102 zəng mərkəzinə müraciət edib. Problemin araşdırılması üçün ərazi üzrə Xətai RPİ-nin 36-cı Polis bölməsinə həvalə olunub.

Onu da qeyd edək ki, analoji hadisə ilə bağlı daha bir neçə nəfər üzləşib. Problemin araşdırılması ərazi üzrə Xətai RPİ-nin 36-cı Polis bölməsinə həvalə olunub.