İtaliya təyyarəsi Qara dənizdə: Su-27 qaldırıldı  
    
                          
     
                         16.08.2020
 
    
                        										Rusiyanının Su-27SM qırıcısı Qara dəniz üzərində uçan İtaliya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarəni müşayiət edib.
Bu barədə Rusiyanın Milli Müdafiə Komandanlığı Mərkəzindən məlumat verilib.
"Rusiya qırıcı təyyarəsinin ekipajı hava obyektinə təhlükəsiz məsafədə yaxınlaşaraq, onu İtaliya Hərbi Dəniz Qüvvələrinin "Atlantik” patrul təyyarəsi kimi qeydə aldı", - məlumatda bildirilib.