Tramp seçkidən əvvəl Putinlə görüşmək istəyir 
    
                          
     
                         16.08.2020
 
    
                        ABŞ Prezidenti Donald Tramp köməkçilərinə seçkidən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşmək istədiyini deyib.
Bu barədə "NBC Nyus" kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Ağ Ev adminstrasiyası görüş üçün Nyu York da daxil olmaqla bir neçə şəhəri nəzərdə keçiriblər.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək.