27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Operativ Qərargahın brifinqi - VİDEO

15.08.2020

Dünyada koronavirusa qarşı mübarizədə yoluxma sayı 21 milyondan artıqdır və 800 minə yaxın virus səbəbilə dünyasını dəyişib.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Azərbaycan Respublikası beynəlxalq gündəlikdə koronavirusla bağlı məsələləri izləyir və diqqətdə saxlayır. Avropa ölkələrində baş verən və karantin rejimi ilə bağlı tendensiyalar müşahidə olunur. Ölkəmizdə virusla mübarizə çərçivəsində rəqəmlər hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşlarımızın təmkinli və ciddi davranışı sayəsindədir. Rəqəmlərdə qismən artım müşahidə olunsa da, bu, vətəndaşların aktivliyinin artması ilə bağlıdır. Ölkə üzrə epidemioloji vəziyyət diqqətlə izlənilir və müvafiq açılma tədbirləri həyata keçirilir", - o bildirib.

H.Hacıyev qeyd edib ki, 17 avqustdan etibarən açıq havada fəaliyyət göstərən kafe və restoranların fəaliyyəti bərpa ediləcək:

"Buraya yeyinti məhsullarının istehsalı, satışı və istehlakı ilə bağlı əmlak kompleksləri daxildir. Digər obyektlərin fəaliyyət ilə bağlı bu qərarın nəticələrindən sonra qərar veriləcək. Burada həm hüquqi şəxslərin, həm də müştərilərin ciddi məsuliyyəti var. Bütün qaydalara riayət olunması çox vacib şərtdir".