27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rayonlara gediş-gəliş müzakirə olunur - Hacıyev

15.08.2020

Rayonlara gediş-gəliş müzakirə olunur.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Burada rayonlar və paytaxt daxilindəki epidemioloji vəziyyət diqqətdə saxlanılır. Qarşıdakı dövrdə bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Ezamiyələr ilə vətəndaşların rayonlara getməsi nəticəsində rayonlarda yoluxma statistikasında nisbətən artım müşahidə olunub".

O əlavə edib ki, pandemiya dövrü səbəbilə ölkəmizdə dini mərasimlərin keçirilməsi zamanı kütləviliyi yol verilməməsi üçün vətəndaşlardan qaydalara riayət etmələri xahiş olunur:

"Vətəndaşlarımızın bu qaydalara ciddi riayət edəcəklərini gözləyirik. Vətəndaşlarımızın karantin qaydalarına riayət etmələri sayəsində biz bu nəticəyə Nail olmuşuq. Qarşıdakı dövrdə də bu qaydalara əməl etməklə tendensiyanı əldə saxlayacağıq"