23 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Əcnəbi serialların yayımı niyə bərpa olundu? - Şeyx

14.08.2020

Yerli telekanallarımızda əcnəbi serialların yayımının bərpa olunması çox təqdirəlayiq addımdır.

Bu sözlərixalq artisti, aktyor və kinorejissor Şeyx Əbdül Mahmudov Milli Televiziya və Radio Şurasının Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya kanallarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpasına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, hazırda dünyada serial sektoru çox önəmli yer tutur:

"Beynəlxalq standartlara uyğun rejissor və aktyor işini sərgiləyən xarici teleserialların kanallarımızda yayımının bərpası Azərbaycan serial sektoruna da təkan verəcək. Milli və mənəvi dəyərlərimizə zidd olmadan xarici serialların Azərbaycan telekanallarında yayımı yerli ssenaristlər, rejissorlar və aktyorlar üçün bir məktəb xarakteri daşıyacağını, rəqabət yaradacağını düşünürəm. İnanıram ki, bu xarici teleserialların yayımından sonra Azərbaycan teleməkanında daha fərqli və daha maraqlı yerli seriallar izləyəcəyik. İstənilən halda sənət qarşılıqlı mübadilə əsasında inkişaf edir. Biz xarici seriallardan müsbət tərəfləri daha da püxtələşdirib öz ekran işlərimizə tətbiq etməliyik”.

Ş.Əbdül qeyd edib ki, xarici seriallarda yüksək peşəkarlıqla qurulan dramaturgiya və aktyor işinin Azərbaycanın inkişaf etməkdə olan müasir teatr və kino sənətinə də böyük qatqısı olacaq.