Əcnəbi teleserialların yayımına icazə verildi - QƏRAR  
    
                          
     
                         13.08.2020
 
    
                        					Azərbaycan ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımı bərpa olunacaq.
Bu məsələ Milli Televiziya və Radio Şurasının iclasında müzakirə olunub.
Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə sentyabrın 1-dən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.