18 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

"Diplomatlarımıza qarşı erməni təxribatı davam edir"-DEPUTAT

13.08.2020

 Ötən ay düşmənin Tovuz təxribatından sonra xarici ölkələrdə Azərbaycanın səfirlik və konsulluqları qarşısında ermənilərin zorakılıqla müşayiət olunan aksiyaları keçirildi. Hətta Avropada aksiyaların birində erməni təxribatçıları üzərində "ASALA" yazılmış köynəklərlə iştirak edirdi. Məlum olduğu kimi, "ASALA" 20-ci əsrin 70-80-ci illərində xarici ölkələrdə Türkiyə dipomatlarına qarşı terror aktları törətməsi ilə tanınıb. Faktiki olaraq erməni aksiyalarında Azərbaycanın diplomatik təmsilçiliklərinin binaları, avtomobillərinə zərər vurulub və terrora məruz qalıb.

Bununla bağlı deputat Ramil Həsən bildirib ki, iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin yenidən Azərbaycan torpaqlarının işğal etmək niyyəti ilə Tovuz istiqamətindəki təxribatlardan sonra xarici ölkələrdə yaşayan azərbaycanlılar həmrəylik göstərərək diplomatik korpuslarımızın, səfirliklərimizin, konsulluqlarımızın qarşısında dinc formada və yaşadıqları ölkələrin hüquq normalarına uyğun şəkildə mitinq keçirməsi erməni lobbisinin qəzəbinə səbəb olub:

"Bilirsiniz ki, ermənilər illər boyu terror, eyni zamanda faşist üsullardan əl çəkməyərək bu istiqamətdə həm diplomatlara həm də dövlət nümayəndələrinə qarşı qanlı terror aktları həyata keçirirlər. Öz məkirli niyyətlərini həyata keçirmək üçün müxtəlif addımlar atıblar. Bu məsələ barəsində danışan zaman qeyd etmək lazımdır ki, 1988-ci ildə Dağlıq Qarabağın işğal edilərək Ermənistana birləşməsi ilə bağlı proseslərdən əvvəl də 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xaricə mühacir edən bir çox üzvləri erməni terrorunun qurbanı olublar.

Tiflisdə, İstanbulda və Almaniyada bizim diplomatlar erməni terrorunun qurbanı olublar. Türk dünyasına və azərbaycanlılara qarşı ermənilər terror və iyrənc şovinist siyasətləri yüz illərdir ki, davam etməkdədir. Bu proses bu günə kimi də davam etməkdədir. Los-Ancelesdə baş verənlər də bunun ən böyük örnəklərindən biridir. Ermənilər faşist düşüncələrini ortaya ataraq dinc şəkildə öz konsulluğunun qarşısında dayanan azərbaycanlara hücum edib, 6 nəfəri soydaşımızı xəstəxaya düşəcək səviyyə gətirməsi və əyinlərinə ASALA teror təşkilatının köynəyini geyinməkləri onların məkirli siyasətindən xəbər veirr".

Deputat vurğulayıb ki, Azərbaycan Xarici İşlər Naziri bununla bağlı bir neçə gün öncə həm diaspora üzvlərimizin, həm də eyni zamanda diplomatik korpuslarımızdakı insanlarımızın həyatlarının təhlükədə olması ilə bağlı bəyanatla çıxış edib:

"Bu bəyanatda Vyana Konvensiyasını da xatırladaraq diplomatik korpuslarda, səfirliklərdə və o ölkədə diplomatik korpuslarda fəaliyyət göstərən azərbaycanlıların, onların ailə üzvlərinin təhlükəsizliyinə birbaşa fəaliyyət göstərdikləri dövlətlərin üzərində olması bir daha xatırladılıb. Los-Ancelesdə, Moldovada bir çox ölkələrdə ermənilərin terror və vandalizmlər törətməsi bu proseslərin yenidən başlamasının bariz nümunəsidir".

Ramil Həsən söyləyib ki, 1970-1980-ci ilərdə ASALA terror təşkilatı 245-dən çox terror aktları həyata keçirib:

"ASALA terror təşkilatı onlarla türk diplomatlarını qətlə yetirib. Ona görə də biz də ayıq-sayıq olmalıyıq. Bilməliyik ki, ermənilərin məkirli siyasəti heç zaman dayanmayıb. Onlar zorakılıq, vandalizm və terror aktları törədərək məğlubiyyətə uğradıqlarını qəbul etmədiklərini bir daha nümayiş edirlər. Ermənilərin terror hadisələri, müxtəlif ölkələrdə fəaliyyət göstərən diplomatların, onların ailə üzvlərinin, texniki avadanlıqlarının zərər vermək istəyini bir daha ortaya qoymaqdadır. Mən əminəm ki, Xarici İşlər Nazirliyi bununla bağlı müavfiq addımlar atmaqdadır. Unutmayaq ki, düşmən ayıqdır. Qrabağda və cəbhədə uğradıqları məğlubiyyətinin acığını xaricidəki diaospora nümayəndələrimizindən və diplomatlarımızdan, onların ailə üzvlərindən çıxmaqla bağlı cəhdlər edə bilər. Ona görə də düşmənə qarşı hər zaman ayıq-sayıq olub, beynəlxalq hüquq normalarına uyğun tədbirlərimizi görməliyik".