25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Rusiyadan rekord həcmdə neft aldı - SƏBƏB

12.08.2020

ABŞ-ın neft istehlakçılarının son 16 ilin ən böyük neft alışını etməsi, şübhəsiz ki, real fyuçers bazarı ilə spot bazarı arasında ciddi qiymət fərqi yaradır. Bu isə neft qiymətləri üçün təhlükədir.

Bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli Rusiyanın cari ilin ilk altı ayında ABŞ-a 2,2 milyard dollarlıq 9 milyon tondan çox neft məhsulu göndərməsi haqda danışarkən deyib. O bildirib ki, 2020-ci ilin ilk yarısında ABŞ-a göndərilən neft məhsullarının həcmi Rusiyanın ümumi neft məhsulları ixracının 12%-ni təşkil edib:

"Düşünürəm, bir müddət öncə Səudiyyə Ərəbistanının neft satışında kampaniya elan etməsi Rusiyanın da bənzər bir kampaniya ilə cavab verməsinə gətirib çıxardı. Rusiyanın "Ural” markalı nefti tərkibində qurğuşun elementinin çox olması səbəbindən daha ağırdır. ABŞ-ın bəzi neft emal edən zavodları ağır neftə hesablanmış qurğulardan istifadə edir. Bu zavodlar əvvəllər nefti Venesueladan alırdılar, lakin ABŞ-ın bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsindən sonra "Ural” neftinin alınması prosesi geniş vüsət aldı.

Təbii ki, Rusiya da bu fürsətdən istifadə edərək öz neftini xüsusi kampaniya və endirimlərlə ABŞ istehlakçılarına təqdim etdi. Məhz bu səbəbdən son 16 ilin ən çox neft satışı baş tutub. Onu da qeyd edim ki, ABŞ-da neft satışı və alışını istehlakçılar müəyyən edir. ABŞ heç vaxt bu satışa qarışmır”.

N.Cəfərli vurğulayıb ki, ABŞ-ın son 16 ilin ən böyük neft tədarükünü həyata keçirməsi pandemiyanın ikinci dalğasına hazırlıqdır:

"Pandemiyanın ikinci dalğasının gəlməsi ilə bağlı xəbərlər yayılıb. Buna görə də ABŞ-ın neft istehlakçıları bu mənada mövcud anbarları dolduraraq, daxili bazarın tələblərini indidən qarşılamağı planlaşdırır”.