25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə İraq və PKK iclasını vurdu

12.08.2020

Türkiyə PUA-ları İraqın şimalında Bağdad hökuməti qüvvələrinin 2 yüksək rütbəli zabitinin olduğu avtomobili vurub.

Bu barədə İraq hökuməti məlumat yayıb.

Məlumata görə, avtomobildə zabitlərdən başqa sürücü də olub.

Ərbil vilayətinə bağlı Sidekan rayonunun bələdiyyə sədri İhsan Çələbi komandirlərin PKK üzvləri ilə görüşü zamanı vurulduğunu deyib:

"Türk PUA-ları Bağdad hökumət qüvvələri ilə PKK üzvlərinin sərhədə yaxın ərazidə iclas keçirdiyi yeri vurub”.

"Assosiayted Press” agentliyinə danışan İraq ordusunun rəsmiləri komandirlərin PKK üzvləri ilə görüşdüyünü təsdiqləyib. Onlar hadisə zamanı 5 nəfərin öldüyünü bildirib.

Məlumata görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın İraqa səfəri də ləğv edilib.

Qeyd edək ki, ötən gün bu zərbələr nəticəsində PKK lideri Cəmil Bayıkın məhv edildiyi iddiası da irəli sürülüb.