19 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Bəşəriyyət böyük təhlükə ilə üz-üzədir - Deputat

11.08.2020

Azərbaycan Prezidenti qlobal böhrana qarşı ortaq müdafiə strategiyasının təşəbbüskarıdır

Məlum olduğu kimi, Prezident İlham Əliyev həm Azərbaycan, həm də beynəlxalq aləm üçün qlobal əhəmiyyət kəsb edən, bütün dünyanın üzləşdiyi COVID-19 virusuna qarşı ortaq mübarizə metodlarının işlənib hazırlanması, bunun sosial, iqtisadi, siyasi konsepsiyalarının ümumiləşdirilməsi, birgə hədəfə vura bilmək üçün ortaq siyasi, iqtisadi, sosial və humanitar strategiyanın hazırlanması məqsədilə BMT Baş Assambleyasının videokonfrans formatında Xüsusi Sessiyasının çağırılmasını təklif edib. Çünki bu gün dünya pandemiyadan əziyyət çəkməklə bərabər, bir çox qlobal ekoloji və hərbi təhlükələrlə üz-üzədir.

"Devran Media" AZƏRTAC-a istinadən Milli Məclisin deputatı Ramil Həsənin fikirlərini təqdim edir:?

O qeyd edib ki, iyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq başlayıb. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılı olacaq. Bildirilib ki, BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Biz başa düşürük ki, qaydalar önəmlidir, amma BMT də hazırki reallıq şəraitinə uyğunlaşmalı və bütün dünyanı təhdid edən qlobal problemə çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üzbəüz qalıb. Bu cür qlobal təhdidlər şəraitində BMT vəziyyətə uyğun reaksiya verərək, uzun vaxt apardığı üçün prosedur qaydalarını dəyişdirmədən müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında xüsusi sessiya keçirməlidir.

Nəzərə alsaq ki, bu gün bəşəriyyətin başına gələn fəlakət bütün dövlətləri əhatə edir, demək hər bir dövlət özünün şəxsi intriqalarını, mənafeyini, iddialı mövqeyini bir kənara qoyaraq dünyanı xilas etmək, onu bu bəladan qurtarmaq və gələcəkdə ehtimal oluna biləcək təhlükələrə qarşı birgə mübarizə üçün strateji xartiyanın hazırlanması məqsədilə BMT-nin Baş Assambleyasının xüsusi toplantısının ilk dəfə olaraq videokonfrans formatında keçirilməsi tarix üçün zəruri, əhəmiyyətli və vacibdir.

R.Həsənov qeyd edib ki, BMT Baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb. Yəni, nəzəri olaraq BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Qurumun bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma olduğu nəzərə alsaq, bir məsələ ortaya çıxır: Belə olan halda, dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?

Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və məsələ ilə bağlı müvafiq açıqlamalar verir. Məlum olduğu kimi, bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Burada da belə bir sual yaranır ki, bəs məsələnin siyasi, iqtisadi, sosial və digər tərəfləri niyə yaddan çıxır?

Əlbəttə, hər zaman vurğuladığımız kimi, bizim üçün çox qürurverici hissdir ki, belə bir ideyanın müəllifi olaraq Azərbaycan Prezidenti İlham Əliyev həm dünya, həm də BMT tarixinə keçdi. Bunun üzərində dayandığımız zaman bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, hazırda Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi Azərbaycan Prezidentinin təqdim etdiyi, BMT-nin üzvü olan 130-dan çox ölkənin, o cümlədən qardaş Türkiyənin, Rusiyanın və dünyanın bir çox dövlətlərinin dəstəklədiyi bu təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə istiqamətində pandemiyaya qarşı apardığı mübarizənin sosial, iqtisadi, siyasi və humanitar sahədə ümumiləşdirilmiş birgə müdafiə strategiyasını ortaya çıxarmaq, müəyyənləşdirmək məqsədilə çağırılması nəzərdə tutulub.

Deputat diqqətəçatdırıb ki, BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Eyni zamanda, artıq dünyamızda virtual formatda yüksəksəviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Pandemiya dövründə artıq Azərbaycan Türk Şurasının və Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində sammitləri kimi bir sıra önəmli tədbirlərin videokonfrans formatında keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Bu baxımdan, Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün təşkilata texniki sahədə dəstək verməyə hazırdır. Həmçinin Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, tədbirin sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır.

Hər zaman vurğuladığımız kimi, bir daha da qeyd edirik ki, bu, qlobal bir problemdir. Hazırda dünya üçün qlobal bəladır, böhrandır. Böhrandan çıxma metodları işlənib hazırlanmalı, bunun bütün çoxşaxəli sahələri, o cümlədən post-pandemiya dövründə iqtisadi, siyasi, sosial, humanitar və təbii ki, buraya daxil olan mədəniyyət, turizm, təhsil, gənclərlə bağlı münasibətlərin hər birini özündə ehtiva edən qlobal bəlaya və böhrana qarşı ortaq müdafiə strategiyasının ortaya çıxması vacibdir, zəruridir. Bu gün dünyanın düşdüyü şərait məhz bunu tələb edir.

"Əminəm ki, qlobal böhrana qarşı ortaq müdafiə strategiyasının təşəbbüskarı olan Azərbaycan Prezidentinin başlatdığı bu tarixi missiya tezliklə öz sözünü deyəcəkdir. Həmçinin BMT Baş Assambleyası dövlət və hökumət rəhbərləri səviyyəsində iyulun 10-dan başlamış prosesi yaxın zamanda ən yüksək nöqtəyə çıxaracaq, tarixi zərurət olaraq qəbul edilmiş pandemiyaya, ondan sonra ortaya çıxacaq bütün qlobal bəlalara qarşı birgə müdafiə strategiyasının hazırlanması ilə bağlı ortaq sözünü deyəcəkdir. Azərbaycan Prezidentinin irəli sürdüyü, dünya üçün vacib və əhəmiyyətli olam tarixi təşəbbüs bütün dünyanın birlikdə və bərabər mübarizə aparması üçün önəmli bir addım kimi tarixə düşəcəkdir”, - deyə o fikirlərini yekunlaşdırıb.