24 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

11.08.2020

Biz əməkdaşlığımız mərkəzində olan bütün məsələləri müzakirə etdik. Ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyini ifadə etdik.

Bunu Azərbaycanda səfərdə olan Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşdə bütün münaqişələrin BMT-nin prinsipləri və sülh yolu ilə həllinin vacibliyi vurğulanıb:

"Düşünürəm ki, bu, münaqişə ilə üzləşən ölkələrin yaşayan gələcəyi üçün vacibdir və həmçinin hər iki ölkənin marağındadır".