19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Ərdoğandan göstəriş: Danışıqlar dayandırılsın...

10.08.2020

Şərqi Aralıq dənizi ilə bağlı razılaşmanı pozan və inamı sarsıdan Yunanıstan tərəfidir.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib.

"Yunanıstanla Misir arasında razılaşma əldə olunduqdan sonra cənab Ərdoğan bizə açıq şəkildə göstəriş verdi:

"Danışıqları dayandırırsınız. Almanlara və yunanlara bu barədə məlumat verin. Biz bu danışıqlara başlaya bilmirik. Yunanıstanla Misir arasında razılaşma Türkiyə üçün yox hökmündədir”. Çünki bu, yenidən Türkiyəni Şərqi Aralıq dənizi məsələsindən kənarda qoymaq və bizi Antalya körfəzinə məhkum etmək üçün atılmış addımdır. Türkiyə bunu heç vaxt qəbul etməz. Şərqi Aralıq dənizi mövzusunda 2 məqsədimiz var. Birincisi, dəniz sərhədi ilə bağlı məsələ, digəri isə Kipr türklərinin haqq və maraqları. Bütün bunlara baxmayaraq, Türkiyə məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır. Ancaq burada razılaşmanı pozan və inamı sarsıdan Yunanıstan tərəfidir”, - prezident sözçüsü bildirib.