09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DSX-dən əməliyyat: 2 əcnəbi tutuldu

22.06.2018

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla davam etdirilir.
DSX-dən verilən məlumata görə, son gün­lər­də 2 xarici vətəndaşın saxta sənədlərlə Azərbaycan dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
17 iyun tarixində "Bakı-Doha” reysinin rəsmiləşdirilməsi zamanı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının paspor­tundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şə­raitində də­rin­ləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdi­qini tapıb.
19 iyun tarixində "Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun hə­qiqiliyi şübhə doğurub, dərinləşdirilmiş yoxlama nəticəsində paspor­tun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəyyən edilib. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub.
Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir.