24 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qafqaz barıt çəlləyinə dönəcəkdi, qoymadıq

08.08.2020

Cənubi Qafqazın barıt çəlləyinə çevrilməsinə izn vermək tamamilə qəbuledilməz idi.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev 2008-ci ildə Gürcüstanla savaşdan danışarkən deyib.

"Bu gün bizim ölkənin Gürcüstanın o zamankı prezidentinin cinayətkar davranışına verdiyi cavabdan 12 il keçir. Məhz buna görə o zaman mən elə də asan olmayan, amma yeganə mümkün olan qərar qəbul etdim. Əvvəlcə Abxaziya və Cənubi Osetiyanı "aqressiyadan” qoruduq, sonra da onların vətəndaşlarının xahişi ilə onların tam müstəqilliklərini tanıdıq. Əks halda Cənubi Qafqaz barıt çəlləyinə çevrilərdi ki, bu da daima qonşu dövlətlərlə sülhün saxlanılması lehinə çıxış edən Rusiya üçün tamamilə qəbuledilməz idi” – deyə o bildirib.

Qeyd edək ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya uğrunda savaş yaşanıb. Nəticədə Rusiya ordusu Gürcüstan ərazisinə daxil olaraq Cənubi Osetiyanı işğal etmiş və az sonra isə bu qondarma respublikanın müstəqilliyini tanımışdı.