19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni doğulmuş körpə oğurlanıb? - AÇIQLAMA

07.08.2020

"Azərbaycanda ananın xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlanması iddiasi ilə bağlı toplanmış materiallar Sabunçu Rayon Prokurorluğuna göndəriləcək”.

Bunu açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Azərbaycanda ana xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlandığını iddia edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Zabrat qəsəbə sakini bildirib ki, 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib.

O iddia edir ki, övladı ondan xəbərsiz satılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı TƏBİB-ə şikayət daxil olmayıb:

"Bu, hüquq-mühafizə orqanlarının işidir. Əgər iddia doğrudursa, yəqin ki, araşdırılar”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə bildirib ki, hazırda sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.