19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan: 421 nəfər sağalıb, 129 yoluxma, 4 ölüm faktı qeydə alınıb

07.08.2020


Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 421 nəfər sağalıb, 129 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 29 min 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib. Aktiv xəstə sayı 3197 nəfərdir.

Ötən müddət ərzində 773 min 051 test aparılıb. Bugünkü test sayı isə 6872-dir.