27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şübhəli şəxslər yaxalanıblar

07.08.2020


Paytaxtda avtomobillərdən oğurluq edən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Binəqədi rayonunda "VAZ” markalı üç avtomobildən maqnitofon, səsgücləndiricilər və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri N.Manafov, R.İbrahimov və Bakı şəhər sakini S.İmanov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıblar.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları rayondakı mağazaların birindən 440 manat məbləğində pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovu saxlayıblar.

Yasamal rayonunda S.Gülməmmədova məxsus "Zongshen” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini M.Mirzəyev isə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.