28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da yoluxanların sayı 5 milyonu keçib

07.08.2020


ABŞ-da COVID-19 infeksiyasına yoluxan insanların sayı 5 milyon 32 min 547 nəfərə, koronavirus səbəbindən ölənlərin sayı isə 162 min 805 nəfərə çatıb.

Worldometer saytı xəbər verir ki, eyni zamanda, ölkədə 2 milyon 577 min 349 nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 2 milyon 292 min 393 xəstədən 18 min 296-nın vəziyyəti ağır qiymətləndirilir.

Ötən sutka ərzində ölkədə 58 min 911 nəfər koronavirusa yoluxub, 1203 nəfər isə xəstəlik səbəbindən vəfat edib.

Saytın son məlumatına əsasən, dünyada 19 milyon 275 561 yoluxma və 717 min 938 ölüm faktı qeydə alınıb, 12 milyon 372 min 806 xəstə sağalıb. ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.