28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gizli fəaliyyət göstərən kafelər

07.08.2020


Ölkəmizdə yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Cəlilabad Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər nəticəsində şəhərin Qurtuluş küçəsində yerləşən "Babək” və "Basqal” kafelərinin karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Hər iki obyektə baxış zamanı kafe sahibləri M.Əliyev və S.Ayazlı ilə yanaşı, 5 nəfər müştərinin xüsusi karantin rejimi qaydalarını pozduqları aşkar olunub.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.