28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

62 il öncə Van gölündə batmış rus hərbi gəmisindən ilk VİDEO

06.08.2020


Van gölündə 3 il əvvəl kəşf olunmuş batmış rus hərbi gəmisinin daxili ilk dəfə görüntülənib.

1914-cü ildə Vanın işğalı zamanı ruslar tərəfindən qurulan üç rus hərbi gəmilərindən biri 1958-ci ildə ruslar Vandan çıxdıqdan sonra göldə ticarət məqsədləri üçün istifadə edildiyi zaman batıb.

Dalğıc Təlimçisi və bələdçi Serkan Ök, 6 nəfərlik bir komanda ilə birlikdə Van gölündə üzərkən rus donanmasını ifadə edən hərbi yük gəmisini və bu dövrə aid bir çox əşyanın gördüklərini söyləyib.

Türkiyənin 600 min illik tarixi olan ən böyük gölü Vanda edilən araşdırmalar çərçivəsində yeni sirrlər ortaya çıxacaq. 3 il əvvəl dünyanın ən böyük mikrobialitlərinin tapıldığı Van gölündə tapılan rus hərbi gəmisi böyük həyəcan yaradıb. Rusların 1914-cü ildə Van tərəfindən işğalından sonra inşa edilən və göldəki nəqliyyat sursatı üçün istifadə edilən 3 rus hərbi gəmisinin biri, Rusiya şəhərdən çıxdıqdan sonra kommersiya məqsədləri üçün istifadə edildiyi zaman batdı.

Reşadiye sahillərindəki fırtına səbəbiylə batan gəminin sol tərəfində xəsarət aldığı müəyyən edildi. İnsan itkisi olmadığı qəzada 60 qoyun da batıb. Bütün taxta aparatlar, o cümlədən "Akdamar" adlanan 40 metr uzunluğunda olan Rusiya gəmisinin kapitan lojası, illər keçməsinə baxmayaraq hələ də olduğu kimi qalır.

Rusların qurduğu digər 2 rus hərbi gəmisinin taleyi isə hələ məlum deyil. Batmış gəminin qalıqları ilk dəfə 3 il əvvəl foto rəsmləri görüntüləndikdən sonra Dalğıc Təlimçisi və bələdçi Serkan Ök və 6 nəfərlik dalğıc komandası bu dəfə gəminin içərisini lentə almağa nail olub.

Dalğıc Təlimçisi Ök, "2017-ci ildə ilk dəfə sualtı kinematoqraf Təhsin Ceylanla fotoşəkil çəkdiyimiz Rusiya gəmisinin iç hissəsini lentə almaq üçün hərəkətə keçdik. Dalğıc zamanı tükləri tikan- tikan edən görüntülərlə qarşılaşdıq. Su duzlu olduğundan olduğundan heç nə dəyişməmişdi."

Van gölünün inanılmaz sirrlərə sahib olduğunu deyən Ök, "600 min illik Van gölünün inanılmaz sirrləri var. Dalğıc məktəbi olaraq hər dəfə fərqli bir sahəni kəşf etməklə Van gölünün sualtı sirrini açmağa çalışırıq.Və bu işimizə davam edəcəyik"