28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Könüllülər çimərlikdə bu işləri görəcək

06.08.2020

ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən könüllülər vətəndaşlarla xidmətdə nəzakətli, məsuliyyətli, etik davranış qaydalarına əməl edən gənclərdir və bu prinsiplər burada da özünü qoruyur.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Operativ Qərargahın qərarına əsasən çimərliklərdə vətəndaşlara maarifləndirmə və nəzarət xidmətlərini həyata keçirən ASAN könüllülərinin görəcəyi işlər barədə danışarkən deyib.

O bildirib ki, bu vakansiyaya könüllülərin marağı və müraciəti kifayət qədər çoxdur:

"Həm cari, həm də ehtiyatda olan könüllülər fəaliyyətə cəlb olundular. Könüllülərin əsas fəaliyyəti vətəndaşların qarşılanması, qeydiyyatın aparılması, sıxlıq yaranmadan çimərliklərdə istirahətin təmin edilməsi və sosial məsafələyə nəzarət edilməsidir.

Könüllülər əvvəlcədən xüsusi şəkildə təlimatlandırılıblar. Onlar tibbi vasitələrlə təmin edilərək ayrılmış bölgədə xidmət edəcəklər”.

E.Niftəliyev qeyd edib ki, çimərlik ərazisində könüllülərin təhlükəsizliyi mühafizə polisi, o cümlədən DİN əməkdaşlarının dəstəyi ilə təmin olunacaq.