29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirildi

06.08.2020

 Qəbələ rayon İcra hakimiyyəti general Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

"Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilməsi barədə yayılan məlumatlar doğru deyil”.

Qeyd olunub ki, general Polad Həşimovun adına verilən küçənin başlanğıcı Həzi Aslanov küçəsi ilə kəsişmədə yerləşir: "Görünür, küçələrin kəsişməsi yanlış rəy yaradıb. Ancaq hər iki küçə tamamilə ayrıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qəbələnin məşhur küçələrindən sayılan Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid Polad Həşimovun adı ilə əvəzlənməsi haqda məlumatlar yayılıb.