29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərt karantin rejiminə nəzarət gücləndirildi - VİDEO

06.08.2020

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu rayonların sırasına Salyan da əlavə olunub. Rayonda giriş-çıxışa məhdudiyyətlər qoyulub.

Polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə nəzarət postlarında sürücülərin və sərnişinlərin icazə sənədlərini yoxlayır, icazəsi olmayanlar isə geri qaytarılır.

Bununla yanaşı, rayonda iri ticarət obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Rayonda digər bölgələrlə müqayisədə koronavirusa yoluxma hallarının artması Salyanın Bakı-Astara magistral yolunun üstündə olması ilə əlaqələndirilir.

Əlbəttə, bunun digər səbəbləri də var. Rayonda koronavirus pandemiyasına qarşı lazımi tədbirlər görülməsinə baxmayaraq, bəzi sakinlərin karantin rejimi qaydalarına laqeydliyi virusun artmasına gətirib çıxarıb.

Hazırda rayonda sərtləşdirilimiş karantin rejiminə əməl olunmaqla yanaşı, virusun geniş yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər həyata keçirilir.