30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beyrutda İran raketləri partlayıb? - Şok iddia

05.08.2020

Beyrutda partlayışın baş verdiyi "12 nömrəli anbarda” əslində İran raketlərini hazırlamaq üçün qurğular saxlanılıb.

bu məlumatı Rusiyanın "Novaya qazeta” qəzeti Hizbullaha yaxın mənbələrinə istinadən yayıb.

Partlayışdan dərhal sonra açıqlama verən Livan Ümumi Təhlükəsizlik Xidmətinin direktoru briqada generalı Abbas İbrahim anbarda müsadirə edilmiş partlayış təhlükəsi olan materialların saxlanıldığını və onların guya məhvə hazırlandığını bildirib. Hizbullaha yaxın olan general partlayış təhlükəsi olan materialların nə zaman və kimdən müsadirə edildiyini açıqlamayıb. Bununla belə Livanın MTV televiziyası anbarda ammonium nitratın olduğunu və onun Rusiya ticarət gəmisindən 2016-cı ildə müsadirə edildiyi haqqında məlumat yayıb.

"Novaya qazeta”nın Hizbullaha yaxın mənbəsi anbarda yüksək dəqiqliyə malik raketlərin yığılması üçün avadanlıqların saxlanıldığını deyib.

Bildirilib ki, bu raketlərin komponentləri İrandan Hizbullaha çatdırılıb:

"Bizim mənbələrimiz güman edir ki, Hizbullah bu raketləri İsrailə qarşı istifadə etmək niyyətində olub. Mənbə həmçinin əlavə edib ki, partlayışa səbəb insan faktoru olub”.