Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə  
    
                          
     
                         04.08.2020
 
    
                        					
Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə II sənəd qəbulunun müddəti uzadılıb.
Təhsil Nazirliyindən  bildirilib ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti avqustun 16-sı saat 23:59-dək uzadılıb.
Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilmiş elanda verilib.