Yararlı  çimərliklər müəyyənləşdi 
    
                          
     
                         04.08.2020
 
    
                        
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları çimərliklərdə monitorinqlər keçiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
Aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zuğulbada, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.
Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.